01 February 2019

Gənc fəalların apellyasiya şikayəti təmin olunmadı - Video

Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin sədri, partiyanın Rəyasət Heyətinin üzvü Emil Səlimovun (20 sutka), hakim Kamran Əkbərovun sədrliyi ilə gənc fəal Rəfael Hüseynovun (30 sutka), inzibati həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə gənc fəalların apellyasiya şikayətlərini təmin etməyib.

Bu gündən Azərbaycanda tələbələrin köçürülməsi başlayıb

Azərbaycanda bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

Suriyada 29 uşaq donaraq ölüb

Dünya Səhiyyə Təşkilatı Suriyanın Əl-Hol qaçqın düşərgəsində son 8 həftə ərzində ən az 29 uşağın donaraq öldüyünü açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada 33 min insanın çadırsız və adyalsız, qızdırıcısız yaşadığı, onların da vəziyyətinin ciddi olduğu qeyd edilib.