09 January 2019

Fransada etirazların qarşısını almaq üçün 80 min polis səfərbər edilib

TF1 agentliyinə istinadən verilən məlumata görə, Fransanın baş naziri Eduard Filip bildirib ki, ölkədə "sarı jiletlilər"in 9-cu aksiyasının  qarşısını almaq üçün 80 min hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər ediləcək.

Onun sözlərinə görə, polislərin kəskin çoxalması etirazçıların taktika dəyişikliyi ilə əlaqəlidir.