08 January 2019

Məmməd İbrahimə daha 6 ay həbs istənildi

2015-ci ilin sentyabrından həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimə prokuror daha 6 ay 2 gün həbs cəzası istəyib. Yanvarın 8-də Suraxanı Rayon Məhkəməsində çıxış edən prokuror deyib ki, cəzaçəkmə müəssisəsində yatağından bıçaq tiyəsi tapılmasına görə CM-nin 317-1.2 maddəsi ilə ona verilmiş ittiham üzrə 6 ay cəza tələb olunur. İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.