07 January 2019

İctimai fəallar Mehman Hüseynova görə aclıq aksiyasına başladı - Video

Dekabrın 26-da hal-hazırda həbsdə olan jurnalist, bloger Mehman Hüseynova qarşı CM-nin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə zor tətbiq etmək) ilə cinayət işi açılıb. Bu maddə ilə təqsirli bilinərsə, onu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Yayılan məlumatda qeyd olunur ki, M. Hüseynov cəza çəkdiyi 14 saylı müəssisənin rejim nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalova bədən xəsarətləri yetirib.

Pensiya ödənişində YENİ QAYDALAR

Bu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb. Pensiya hüququ yarananda ölkə vətəndaşının onu reallaşdırmaq üçün sənəd toplayıb hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Həmin islahat tədbiri pensiyalarda artıma da imkan yaradıb.

 

Ermənilər eksko­va­­toru snayperdən atəşə tutub

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

 

Dövlət Sərhəd Xidmə­tindən verilən məlumata görə, yanvar ayının əvvəlindən hal-hazıradək Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

Yaxın 10 ildə avtomobil bazarının 20% elektron avtomobillər təşkil edəcək

2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım davam edib. Faktxeber.com məlumat verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev məlumat verib. İqtisadçı qeyd edir ki, 2017-ci ildə dünayda bu avtomobillər 2016-cı ilə nisbətən 70%-ə yaxın artmışdı:

 

“2018-ci ildə də 2017-ci illə müqayisədə təxminən 70 faizlik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 mln. ədədə yaxın olub. 2017-ci ildə isə artım 1.3 mln. ədəd olmuşdu”.