04 January 2019

Müşfiqin qalıqlarının araşdırlmasından yeni XƏBƏR var - Əhməd Cavadla da bağlı tapşırıq verildi

“Mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Aparılan işlər hələ başa çatmayıb. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib. Şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi davam etdirilir. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib”.

İsrail hərbçiləri ötən il 57 uşaq qətlə yetirib

Fələstin Azadlıq Təşkilatı yanında "Abdulla əl-Hurani" araşdırma mərkəzi İsrail hərbçilərinin 2018-ci ildə şəhid etdikləri fələstinlilər barədə hesabat yayıb. FaktXeber.com-un məlumatına görə, sənəddə bildirilir ki, ötən il həyatını itirən 312 fələstinlidən 57-si uşaq və 3-ü qadındır. Bundan başqa qurbanların 262-si Qəzza zolağının sakinidir, daha 50 fələstinli isə İordan çayının Qərb sahilində həyatını itirib.