02 January 2019

Nazir: “Azərbaycan Ordusunun Naxçıvanda keçirdiyi uğurlu hərbi əməliyyatların detallarını açıqlaya bilmərəm”

“Ötən il Naxçıvanda keçirilən hərbi əməliyyatlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə qiymət verib. Bir çox hallarda məxfiliyi qorumağa çalışırıq. Ona görə də Naxçıvan əməliyyatının detallarının hamısını danışmaq olmur”.

Azərbaycana ət idxalı artıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 63 652 min ABŞ dolları dəyərində 43 262 ton ət və qida üçün yararlı ət əlavələri idxal olunub.

Bizimyol.info-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9,5%, miqdar ifadəsində isə 16,3% artıb.