01 January 2019

Daha bir süpürgəçini maşın vurdu

Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub.

 

Rakurs.tv-nin qafqazinfo-ya istinadən məlumat verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb. 

 

Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklər

Bu gündən etibarən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.

 

Ofisiantlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat müəyyən olunub.

 

Şahmatçılarımızın yeni reytinqi açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

 

Rakurs.tv qurumun saytına istinadən bildirir ki, dekabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) yerini qoruyub. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2828) 11 xal geri qalır.

 

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 6 nəfərin cinayət işi məhkəməyə göndərilib

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 6 nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Rakurs.tv "Report"a istinadən xəbər verir ki, bir neçə maddə ilə ittiham edilən Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin barələrində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

DYP bayram axşamı reyd keçirdi - 13 SÜRÜCÜ CƏRİMƏLƏNDİ

Astara rayonunda sürücülərə qarşı reyd keçirilib.

 

Rakurs.tv "Report"a istinadən xəbər verir ki, yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi və kobud qayda pozuntuları törədən sürücüləri aşkarlamaq məqsədilə 30-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb. 

 

Bu il ehtiyac meyarı 143 manat, yaşayış minimumu 180 manat olacaq

Bu il Azərbaycanda ehtiyac meyarı 143 manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq.

 

Bu il ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Emin Hüseynov: Mənim təkidlərimdən sonra Mehman...

«Mənim təkidlərimdən sonra Mehman su qəbul etdi...».

 

«Turan» agentliyinin xəbərinə görə, bunu həbsdə yeni ittihamla üzləşən və buna görə aclıq aksiyasına başladığını açıqlayan bloqqer Mehman Hüseynovun hazırda mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynov deyib.

 

Dekabrın 30-da M.Hüseynovla telefonla danışdığını bildirən Emin Hüseynovun vurğulamasına görə, bloqqer yemək yemir.

 

Samuxda mənzil yandı – xəsarət alan var

Samux rayonunun Qədili kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Operativ.tv Fövqəladə hallar Nazirliyinə istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.