05 December 2018

Andiçmə yeri bəlli oldu

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili dekabrın 16-da and içərək səlahiyyətlərinin icrasına başlayacaq. Novator.az-ın məlumatına görə, dekabrın 5-də Salome Zurabişvili andiçmə mərasiminin Telavi şəhərində keçiriləcəyini bəyan edib. O, mərasimə Gürcüstanla diplomatik münasibətləri olan bütün ölkələrdən rəsmilərin dəvət olunacağını vurğulayıb.

Nadir Səlifov Azərbaycana deportasiya olundu

"Praym Kraym"ın məlumatına görə, Türkiyə hakimiyyəti dekabrın əvvəllərində 46 yaşlı Lotu Quli ləqəbli "qanuni oğru" Nadir Səlifovu ekstradisiya edib. O, Bakıya göndərilib, orada ev dustaqlığına alınıb.

Səlifov bir il azadlıqda olub. 22 il həbsdə qaldıqdan sonra ötən ilin oktyabrında gözlənilmədən azad edilib, Azərbaycanı tərk edib və İstanbula köçüb.

Nazirlik bu dəfə Sumqayıtdakı restoranlarda monitorinq apardı

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır.