04 December 2018

5 nəfərin ölümünə səbəb olan sürücünün işi prokurorluğa qaytarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

 

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatət qaldırıb.

 

O, cinayət işinin düzgün araşdırılmadığını və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.

 

`Azərenerji” ASC son 3 ayda itirilmiş gücü bərpa etdi

Cari ilin iyul ayında baş vermiş məlum hadisənin təkrarlanmaması üçün sentyabr ayından etibarən ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası, sabit generasiya güclərinin təmin edilməsi məqsədilə “Azərenerji” ASC tərəfindən enerjisistemin kritik vəziyyətdən çıxarılması üçün hazırlanaraq Prezident İlham Əliyevə təqdim edilən “Reabilitasiya proqramı” əsasında artıq ciddi nəticələr əldə olunub.

 

Nazir: İş yerlərində əlillərə ayrılan kvotalara əməl olunmur

"Əlilliyi olan şəxsləri işdən, işləməkdən kənarda tutmaq olmaz".

 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Onun sözlərinə görə, əlilliyi olan şəxslərə iş imkanı yaratmaq lazımdır: "Hazırda ölkədə əlillərə ayrılan kvotalara, demək olar, əməl olunmur. Nazirlik olaraq çalışırıq ki, gələn il kvotaların real sistemini yaradaq".

Balakənin Təhsil Şöbəsinin sabiq müdirinə cinayət işi açılıb

Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində cinayət işi başlanıb.

 

Sabiq şöbə müdiri barəsində toplanan materiallar baxılması üçün Baləkən rayon Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib. Cinayət işi məhkəmə baxışındadır.

 

İş üzrə zərərçəkən iqsmində Balakən rayon Təhsil Şöbəsi tanınıb.

 

Bakıya bir metrə yaxın qar yağa bilər - Ekoloq

Hələ aylar öncədən qışda havaların şaxtalı, soyuq keçməsi ilə bağlı proqnozlar verilsə də, hələlik Bakıda bunun şahidi olmamışıq. Qış fəslinə keçidə sayılı günlər qalsa da, kəskin soyuqlarla qarşılaşmamışıq. Hazırda ölkə ərazisində qar yağıntısı, şaxtalar müşahidə olunmayıb. Bir həftənin hava proqnozlarına baxdıqda 10-11 dərəcə isti olduğunu görərik. Qonşu Rusiyada isə hava temperaturu mənfi 10-12 dərəcədir. Bir çox əyalətlərinə isə qar yağıb.

 

Pomidor və xurma qeyri-neft ixracatında liderdir

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 351 milyon ABŞ dolları təşkil edib.

 

Rakurs.tv İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən xəbər verir ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 132 milyon ABŞ dolları və ya 11 faiz  artıb.

 

Sumqayıtda 15 qazi işdən çıxarılıb? - AÇIQLAMA

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günündə 15 nəfər Qarabağ əlilini işdən çıxarıb. Belə ki, 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobusları çıxarılıb. Həmin marşrut xətti üzrə avtobuslarda çalışan Qarabağ əlilləri də faktı təsdiq ediblər.

 

Rakurs.tv bildirir ki, bu barədə məlumatı Qarabağ qazisi Rey Kərimoğlu özünün “Facebook” səhifəsində paylaşıb.