08 November 2018

Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartof geri qaytarıldı

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər.

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar”

Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Şamil Abduləliyev üç ildir ki, Nardaran məhbusudur. O, 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində ilahiyyatçı Taleh Bağırov və tərəfdarlarıyla birlikdə həbs olunub. Elə həmin əməliyyatda ona dəymiş üç güllədən ikisini indiyədək ayağında gəzdirir. Atası deyir, o ayaq indi elə vəziyyətə düşüb ki, Şamilin özünün həyatı təhlükə altındadır.

Zamirə Hacıyeva Azərbaycana gətiriləcək - ilginc faktlar

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. “The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun 3 uşaq anası olduğunu söyləyib.