05 November 2018

BNA “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub

Azərbaycan Mərkəzi Bankı cərimə, vergi, rüsum, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

Rakurs.tv bildirir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

 

Yüzlərlə məcburi köçkün ailəsinə ev veriləcək - AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri tikilib istifadəyə verilir:

 

“Hazırda bunların sayı 100-dən çoxdur. Bu ilin sonuna qədər 2800 ailə ev, mənzillərlə təmin ediləcək. Beləliklə, il ərzində 5700 ailə - təxminən 25 min məcburi köçkün evlə, mənzillə təmin edilmiş olacaq”.

 

Zamirə Hacıyeva qızıllarını gizli satmaq istədi - Sensasiya

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı həftəsonu yeni sensasion xəbərlər yayılıb.

Rakurs.tv musavat.com-a istinadən xəbər verir ki, “The Financial Times”, “The Guardian” və digər çoxsaylı Britaniya mediasının xəbərinə görə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub. 

Bu gündən Milli Məclis büdcəni müzakirə edəcək

Bu gündən - noyabrın 5-də Milli Məclisdə 2019-cu ilin dövlət büdcə zərfi müzakirəyə çıxarılacaq.

 

"2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları bu gün bir neçə komitənin birgə iclasında müzakirə ediləcək, müzakirələr mərhələli şəkildə aparılacaq.