02 November 2018

Hərbi Hava Qüvvələrinin yeni hərbi hissənin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin yeni hərbi hissəsinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

 

Balıqçılığın inkişafı üçün dövlət proqramı hazırlanır

"Azərbaycanda və Xəzəryanı digər ölkələrdə akvakulturanı inkişaf etdirmək və əhalinin yeni fəaliyyət növü olan marikulturaya cəlb etmək lazımdır. Bu da Xəzər dənizində bioloji resursların tükənmə təhlükəsinin, brakonyerliyin qarşısını ala, həmçinin qanunsuz balıq ovunun azalmasına və dənizin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər".

 

Heç kim bu dəyişikliklərdən narahat olmasın - DİM sədri

“Artıq 11 ildir ki, şagirdlər ümumtəhsil məktəblərində yeni tədris proqramları (kuri­kulumları) və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklər əsasında təhsil alırlar. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni proqramların tətbiqi təhsilin məz­mununda dəyişikliklərə və “yaddaş məktə­bi”ndən “təfəkkür məktəbi”nə keçidə səbəb olmuşdur. Yeni tədris proqramlarından istifadə ilə qiymətləndirmə sahəsinə də yeni yanaşma zərurəti yaranmışdır”. 

 

Müşfiqin qalıqlarının bütün genetik müayinələri Azərbaycanda aparılacaq

Şair Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələrinin hamısı Azərbaycanda həyata keçiriləcək. Rakurs.tv xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu işlə məşğul olmağa başlayandan sonra müəyyən sənədləri və iş materiallarını toplayacaqlar:

Baş nazir ixracla bağlı yeni qaydaları təsdiqlədi

Nazirlər Kabineti “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”nın və “Alıcı missiyasında iştirak edəcək xarici şəxslərin müəyyən edilməsi Meyarları”nı təsdiq edib.

 

Operativ.tv-nin məlumatına görə, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi dəyişdirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.

 

Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.

 

N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.

 

Siyasi partiyalara ayrılacaq vəsaitin həcmi açıqlanıb

2019-cu ildə Azərbaycanın dövlət büdcəsində siyasi partiyalara ayrılacaq vəsaitin həcmi açıqlanıb. Gələn ilin dövlət büdcəsində siyasi partiyalar üçün 3 milyon manat maliyyə yardımı nəzərdə tutulub.

 

Bu, 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə 2% çoxdur. Belə ki, bu il ayrılan 3 milyon manatın 2 milyon 940 mini istifadə edilib.

 

“Azəristiliktəchizat” zərərlə işləyir: Tarif qalxacaqmı?

Qış gəlir, istilik sistemləri yenə də gündəmdə olan məsələyə çevriləcək. Fərdi istilik sistemlərinin quraşdırılması işləri çoxalıb, lakin hamıya məlumdur ki, mərkəzləşdirilmiş sistem şəklində işləyən “Azəristiliktəchizat”dan istilik xidmətləri almaq daha sərfəlidir. 

 

İstilik sistemlərinin quraşdırılması, xüsusən də yeni tikilən binalarda problem olaraq qalır.