11 October 2018

Mingəçevirdə alay komandiri intihar edib

Mingəçevirdə alay komandiri özünə qəsd edib. Hadisə oktyabrın 9-u axşam saatlarında şəhərin “Energetik” yaşayış massivində baş verib. Belə ki, kanalın kənarındakı qamışlıqdan kişi meyiti tapılıb. Qısa müddətdə onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs Əli Rəsul oğlu Məmmədovdur. İlkin araşdırmalar zamanı bunun intihar olduğu meydana çıxıb. Gənc adam “Kalaşnikov” avtomatı ilə öz çənə nahiyəsinə atəş açıb.

Prezidentlərin MARAQLI fotoları

Bəzən uğurlu kadr fatumun (dünyanı idarə edən güc) xeyir-duasıdır. Dünyanın tanınmış nəşrləri yaxşı kadrlara görə fotoqraflara hətta böyük pullar ödəməyə hazırdır! Və bəzən sual yaranır ki, niyə? Amma bu fotolarla tanış olduqdan sonra həqiqət sənə dərhal açılır. Yaxşı fotokitab yaxşı kimidir, bəzən son dərəcə dəqiq həqiqəti ifadə edir.

Yol qəzalarının başında iki faktor dayanır: biri bu kimə sərf edirsə odur, digəri də biganəlik - Video sorğu

İstifadə etdiyiniz nəqliyyat vasitələrinin təhlükəsizliyinə inanırsınızmı? Yol qəzalarının baş verməsi sürücülərin günahıdır, yoxsa aidiyyatı qurumların?

Operativ.tv suallarını paytaxt Bakı sakinlərinə ünvanladı:

Novruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələlərlə əlaqədar Baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası olub.