10 October 2018

Bakı Lift İdarəsinə yeni rəis təyin olundu

Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub.  Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, başçının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb. 

Əmrə əsasən, Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Xalid Ələkbərov gətirilib.

Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb

Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalması üçün məhkəməyə verilən vəsatət təmin edilməyib.

Məhkəmədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi və M.İbrahim özü də iştirak edib.