09 October 2018

Sürücülər bu tora düşə bilər – 60 manat cəriməsi var

Xəbər verdiyimiz kimi, BNA (Bakı Nəqliyyat Agentliyi) paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə artıq yol kəsişmələrində sarı torların təşkilinə başlayıb. Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində çəkilib.

Azərbaycanda ancaq bu balıqları ovlamaq olar - SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb.

 

Nazirlikdən verilən məlumata görə, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər.

 

Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəngkimilərin də ovlanmasına qadağa qoyulmayıb.

Buraxılış və qəbul imtahanlarının yeni modelinin detalları məlum oldu - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları açıqlanıb. 

Paşinyan növbədənkənar seçkilərlə bağlı memorandum imzaladı

Ermənistanın baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanla birlikdə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda memorandum imzalayıb.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, seçkilər dekabrda keçiriləcək. Bu barədə işğalçı dövlətin baş naziri özünün “Facebook” səhifəsində yazıb.