08 October 2018

Sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib

“Sığorta fəaliyyəti haqqında” qanunun 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 1 hüquqi şəxsə və 62 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

 

Lənkərandan Bakıya gələn mikroavtobus aşıb: xəsarət alanlar var

Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.

 

Hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.

 

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.

 

Deputat sərt tənqid etdi: “Normal adam olsaydı, normal işləyərdi”

Deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.

 

İclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edilib.

 

Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edəcək.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul oktyabr 19-u saat 10:00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzində olacaq.

 

Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Oktyabrın 6-dan 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 192 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

 

`İpoteka kreditindən daha çox Bakı sakinləri yararlanıb`

İqtisadçı Vüqar Bayramov bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu ipoteka keditlərinin verilməsi şərtlərinə dəyişikliklər edib.

 

Belə ki, 8 faizlik adi kreditlərə zəmanət verildiyi halda maksimum faiz 7-dən çox ola bilməz. Eynilə zəmanət verilən güzəştli ipoteka kreditləri üzrə faiz 4-dən 3.7-dək azaldılıb. Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manat olduğu halda adi ipoteka kreditləri üzrə 150 min manatadək borc cəlb etmək mümkündür.

 

Azərbaycan və Rusiya Xəzərdə dəniz turizmi üçün birgə layihə hazırlayır

Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar.

 

Rakurs.tv-nin məlumatına görə, bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

 

Nazir müavini bildirib ki, bu, hələ analoqu olmayan unikal layihə olacaq: