06 October 2018

160 saylı avtobus daha bir qəza törətdi: yaralananlar var - Foto

Bakıda daha bir avtobus qəzası baş verib. Hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Azərbaycanda yeni sürüşmə sahələri - SİYAHI

Azərbaycan rayonlarında olan sürüşmə sahələrinin son vəziyyəti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov FaktXəbər-ə açıqlamasında deyib ki, 2018-ci ilin sentyabr ayında ölkə ərazisində ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib və ayrı-ayrı sahələr üzrə nəticələr alınıb.

Bakıda tıxacların qarşısı belə alınacaq

Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə daha bir yenilik tətbiq ediləcək. Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə başlanılıb. Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil ediləcək.