04 October 2018
Ermənistanda 6 qubernator işdən çıxarıldı
Ermənistan hökuməti oktyabrın 4-də "Çiçəklənən Ermənistan" və "Daşnaksutyun" partiyalarından olan 6 qubernatoru işdən çıxarıb.
Azərbaycan ordusunun döyüş atışları - Foto/Video
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
11 min manatlıq kompensasiya alacaq Şəhid ailələrinin SİYAHISI dəqiqləşib - RƏSMİ
Dövlət başçısı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb.
30 ton bal məhsulu yararsız çıxdı - Qida Agentliyi
Sabahdan başlayaraq oktyabrın 28-də qədər Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi baxacaq.
Bu barədə yarmarka ilə bağlı keçirilən mətbuat konfrasında nazirliyin baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.
''Azərbaycanda vətəndaşlıqdan məhrumetmə tənqidi səslərin susdurulması üçün istifadə edilir''
Dunya Miyatoviç Emin Hüseynovun Azərbaycana qarşı işi ilə bağlı münasibət bildirib
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Emin Hüseynovun Azərbaycana qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilmiş yazılı iradları dərc edib.
AXCP sədrinin müşavirinin apellyasiya şikayəti təmin olunmadı
Azərbaycanda 19 şirkət bağlandı – SİYAHI
Azərbaycanda bəzi şirkətlər fəaliyyətini dayandırıb.
Vergilər Nazirliyinə istinadən fəaliyyətini dayandıran şirkətlərin siyahısını təqdim edirik.
Bağdadinin kiçik oğlu məhv edilib
İŞİD terror təşkilatının sabiq rəhbəri Əbu Bəkr Bağdadinin 4 oğlundan kiçik Rusiya HKQ-nin Suriyada reydi zamanı məhv edilib. Bu barədə «Al-Arabiya» xəbər verib.
Adnan Oktarın villasını sökməyə başladılar - Fotolar
Türkiyədə təriqət lideri, müxtəlif cinayətlərdə ittiham edilərək həbs edilən Adnan Oktarın mülkləri sökülür.
Türkiyə KİV-nə istinadən xəbər verilir ki, Oktarın İstanbulun Kandilli bölgəsindəki villasında 23 qanunsuz tikili aşkar edilib.
Eldar Əzizov Lift İdarəsinin rəisini işindən azad etdi
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.
Bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov əmr imzalayıb.
Həmin vəzifəyə təyinat olmayıb.
Azərbaycanda nazirlik işçisi özünü asdı - Foto
Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidə, ağacdan asılı vəziyyətdə tapılıb.
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Türk əsgərləri minaya düşüb: 4 ölü var
Türkiyənin Batman vilayətinin Gercüş rayonunda hərbçilər PKK terrorçuların hədəfinə çevrilib. "DHA"ya istinadən bildirilir ki, zirehli hərbi maşının minaya düşməsi nəticəsində 4 hərbçi həyatını itirib, 5-i isə yaralanıb.
Gömrük işçiləri əlil arabası sifariş edən şəxsdən 3 il sonra rüsum tələb etdi
Dövlət Gömrük Komitəsi (DGK) 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə gömrük orqanları tərəfindən 3 il sonra gömrük rüsumlarının tələb olunması barədə yayılan məl
Sabirabadda pambıq yandı
Sabirabad rayonunun Qalağayın kəndində yanğın baş verib.
FHN-ə istinadən xəbər verilir ki, ümumi sahəsi 180 m² olan talvarın altına yığılmış 1,2 ton pambığın 20 kq, yaxınlıqdakı "QAZel" markalı yük avtomobilinin ban hissəsi və banına yığılmış 800 kq pambığın 30 kq yanıb.
Jurnalist Aytac Əhmədova: Polis məni sillə ilə vurdu
Oktyabrın 3-də jurnalist Aytac Əhmədova Sabunçu rayonunun Zabrat qəsəbəsində çəkiliş apararkən saxlanılıb və 15-ci polis bölməsinə gətirilib. Hadisə saat 7 radələrində baş verib. 3 saata yaxın bölmədə saxlanılan jurnalist təzyiqlə üzləşdiyini deyir: