03 October 2018

Latviya vətəndaşının adı Azərbaycan XİN-in "qara siyahısı"ndan çıxarılıb

Latviya vətəndaşı, “IMPRO Travels LTD" tur agentliyinin əməkdaşı Harijs Egliens Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Temperatur 5-8 dərəcə düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. 

Bakıda və Abşeron yarımadasında oktyabrın 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Neft Fondu gəlirlərini açıqladı

Dövlət Neft Fondu bu il üzrə olan gəlirlərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, fondun açıqlamasına görə, Azəri-Çıraq-Günəş yatağı üzrə əldə olunan ümumi gəlirlər – yəni 2001-ci ildən bu günə kimi 135 887 mln. ABŞ dolları olub. Bu il isə AÇG yatağından 7 401 mln. ABŞ dolları məbləğində gəlir əldə edilib.

"Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim olunmur"

"Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları olsun, kifayət qədər açıq və şəffaf keçirilir. Mən hələ bu vaxta qədər hansısa deputatın sözünün kəsildiyinin şahidi olmamışam. Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim olunmur. Parlamentdə istənilən deputat istədiyi problemi qaldıra bilir və hamı da bunu dinləyir, rəhbərlik də etiraz etmir”.

Dəhşətli qəzaya görə “Dəmir Yolları” QSC-nin əməkdaşı istintaqa cəlb edilib

Bakıda qatarla avtobusun toqquşması faktına görə daha bir nəfər istintaqa cəlb edilib.

“Report”un məlumatına görə, faktla bağlı başlanmış cinayət işi üzrə hadisə baş verən (qorunan) keçidin növbətçisi Qabil Fərrux oğlu Rzayev istintaqa çağırılaraq ifadəsi alınıb.