02 October 2018

Məmməd İbrahim apellyasiya şikayəti verib

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində yeni cinayət işi üzrə həbs qətimkan qərarından apellyasiya şikayəti verilib. Bu barədə azadliq.infoya Məmməd İbrahimin oğlu Turan İbrahim bildirib. “Vəkillə yeni iş üçün müqavilə bağladıq. Yasamal rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verildi. Sabah vəkil Məmməd İbrahim in özü ilə də görüşməlidir. Bundan sonra daha ətraflı məlumat veriləcək,-deyə o, vurğulayıb.