01 October 2018

Cəzası ağırlaşdırılan Nardaran məhbusu: "Bilmək istəyirəm ki, bunları niyə edirlər?"

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyat zamanı güllələnən və ardınca həbs olunan Cahad Babakişizadə Qobustandakı qapalı həbsxanaya köçürüləcək. Oktyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərar çıxarıb. 
Cahad Babakişizadə bundan sonra cəzasının üç ilini həbsxana rejimində çəkməsi barədə Qaradağ Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi. 

Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət davam edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Rakurs.tv-yə verilən məlumata görə, səyyar ASAN xidmət 3 sentyabr-2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 21 sentyabr-2 oktyabr Dəliməmmədli şəhərində, 21 sentyabr-5 oktyabr Masazırda, 26 sentyabr-15 oktyabr Göyçayda, 1-15 oktyabr Ağstafada, 3-17 oktyabr Sahil qəsəbəsində, 6-25 oktyabr Hacıqabulda, 6 oktyabr – 3 noyabr Tovuzda, 5 oktyabr-3 noyabr Xudatda, 6-20 oktyabr Cəlilabad, Ağdamda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

 

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Bu barədə Rakurs.tv-yə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

 

Belə ki, Sabirabad rayon Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qəmbərovun evindən çəkisi 8 kiloqram marixuana götürülüb.

 

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

Daxili İşlər Nazirliyindən Rakurs.tv-yə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 187 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

 

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı bir daha xəbərdarlıq edir.

 

İdarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov FaktXəbər-ə bildirib ki, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-nə qədər davam edəcək.

 

Bəzi məhsullar bahalaşıb

Son günlər bəzi məhsulların bahalaşdığı bildirilir. Bahalaşan gündəlik tələbat malları arasında xüsusilə salfetlər göstərilir. Müxtəlif növ salfetlərin təqribən 25 faiz bahalaşdığı qeyd edilir.

 

Sentyabrın 29-dan bəzi market və köşklərdə pərakəndə satılan siqaretlərin qiymətinin də qalxdığı vurğulanır.

 

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

Bu gün 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

 

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

 

Azərbaycanda oğlan uşaqları arasında ölüm halları azalıb

Azərbaycanda 5 yaşadək dünyasını dəyişən uşaqların sayı azalıb.

 

Ötən il ərzində ümumilikdə Azərbaycanda 5 yaşadək ölən uşaqların sayının azalmasına baxmayaraq, qız uşaqları arasında ölüm halları 2016-cı ilə nisbətən artıb, oğlan uşaqları arasında ölüm halları azalıb.

 

Keçən il ərzində ölkədə 5 yaşadək 2058 nəfər uşaq dünyasını dəyişib ki, onların da 1205-i oğlan, 853-ü qız olub.

 

2016-cı ildə isə dünyasını dəyişən 2092 uşağın 1259-u oğlan, 833-ü qız olub.

 

Əlil şəxsin aylıq gəlirinə nə qədər vergi güzəştləri tətbiq olunur?

Himayəsində 3 azyaşlı uşaq olan I qrup əlil şəxs muzdlu işdə ayda təqribən 500 manat gəlir əldə etdiyi halda güzəştli vergiyə cəlb edilirmi?

 

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azərtac-ın sualına cavab olaraq bildirib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, 1-ci və 2-ci qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.