14 September 2018

Ziya Məmmədovun 100 milyona qurduğu Mərkəzi “söküb yenidən yığırlar”

Ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində idarəetmə sistemi formalaşdırmaq, nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Təəssüf ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə qurulmasına 100 milyon manata yaxın vəsait ayrılan və Prezidentin də iştirakı ilə 2011-ci ilin sonunda açılışı olan Mərkəz ona olan etimadı doğrultmur.

Azərbaycan ordusu təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.