13 September 2018

Paşinyan Dağlıq Qarabağdakı ermənilərin dəstəyini itirməmək üçün belə bəyanatlar verir - Video

Ermənistan baş naziri Paşinyan Rusiyaya səfəri zamanı Putin ilə görüşdü. O, görüşündə həm də dedi ki, dövlətlər bir-birilərinin daxili işlərinə qarışmamalıdır. Ermənistan bununla da qərbə yönəldiyini göstərirmi? Paşinyanın Dağlıq Qarabağ barəsində verdiyi separatçı açıqlamaları nədən xəbər verir? Azərbaycan hökumətinin Paşinyanın Qarabağ barəsində verdiyi açıqlamaları reaksiyası qane edicidirmi?

Rəsmi Bakı Ermənistanın müharibə başlaması xəbərinə cavab verdi

"Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıq davam edir. Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir".

"Skripal işi"ndə şübhəli sayılan şəxslər ilk dəfə müsahibə veriblər

Böyük Britaniya rəsmi qurumları tərəfindən Solsberidəki zəhərlənmə hadisəsində şübhəli bilinən Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirov ilk dəfə müsahibə veriblər. 

Rusiya KİV-inə istinadən xəbər verilir ki, onlar daha əvvəl Skripallar barədə xəbərsiz olduqlarını bildiriblər.

Azərbaycanda un və un məhsulları bahalaşa bilər

Dünya taxıl bazarında ciddi təlatümlər qeydə alınmaqdadır. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna görə, dünya taxıl istehsalı bu il ötən illə müqayisədə 2,4 faiz azalaraq 2 milyard 587 milyon ton təşkil edəcək. Bu, ötən ilki istehsaldan 64,5 milyon ton aşağı göstəricidir. Eyni zamanda bu, son üç illik dövrün də ən aşağı istehsalıdır.