11 September 2018

İraq, Əfqanıstan və Suriya müharibəsi ABŞ-a 1,5 troln. dollara başa gəlib

Əfqanıstan, İraq və Suriyada hərbi  əməliyyatlar Amerikalı  vergi ödəyicilərinə 1,5 trln. dollardan baha başa gəlib. Bu barədə Tass CNBC telekanalına istinadla xəbər yayıb.

«2001-ci ilin 11 sentyabrından ABŞ Müdafiə Nazirliyi müharibə ilə əlaqədar xərcləri ödəmək üçün 1,501 trln. dollar xərcləyib», - deyə Pentaqonun hesabatında bildirilib.

Kartof bahalaşmayacaq

Nazirlər Kabinetinin ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsini 15%-dən 30%-ə qaldırmasından beş gün ötür. Qərardan sonra bazarda bu məhsulun qiymətinin bahalaşacağına dair proqnozlar özünü doğrultmamış qalır.