10 September 2018

"200 manat maaşla evi dolandırasan, yoxsa uşağa məktəb geyimi alasan?" - Video

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər (17 sentyabr) qalıb. Bir çox valideynlər artıq məktəb bazarlığını etsələr də, bunu sona saxlayanlar da az deyil. Operativ.tv yeni tədris ili ərəfəsində qiymətlərdəki vəziyyəti öyrənmək üçün məktəb ləvazimatları satılan bir neçə yerə, bu münasibətlə təşkil olunan yarmarkalara baş çəkib, valideynlər, eləcə də şəhər əhalisi arasında sorğu keçirib.

Oktyabrın 11-də Azərbaycanda internet istifadəçiləri çətinliklə üzləşə bilər

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb.

İlqar Məmmədov hakimlərə qarşı cinayət işinin qaldırılması tələbi ilə baş prokurora müraciət edib

REAL Partiyasının sədri İlqar Məmmədov ona qarşı sifarişləri yerinə yetirən hakimlərə qarşı cinayət işinin qaldırılması tələbi ilə baş prokuror Zakir Qaralova müraciət edib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş verən etirazlardan sonra kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

“Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması tam dəqiqdir…”

Türkiyənin Atatürk Universitetinin tarix üzrə elmlər namizədi Savaş Eyilmez Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində-Laçın və Kəlbəcərdə PKK düşərgələri qurduğunu deyib.

Professorun sözlərinə görə, Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması “tam dəqiqdir”.

Pensiya ilə bağlı qərarda dəyişiklik edildi

Baş nazir Novruz Məmmədov “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarda dəyişiklik edib.