08 September 2018

"Bu vaxta qədər Firəngiz xanımın ölümü ilə bağlı ailəsinə hansısa rəsmi sənəd təqdim olunmayıb" - Fotolar

Sentyabrın 8-də Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) bir ay öncə anlaşılmaz şəraitdə vəfat edən Firəngiz Hüseynovanın məzarı önündə həmrəylik toplantısını keçirib.

İran İraqla sərhədi bağlayıb

İran İraqla olan Şelamçə sərhəd buraxılış məntəqəsini bağlayıb. Buna səbəb sentyabrın 7-də İraqda nümayişçilərin İranın Bəsrə şəhərindəki Baş Konsulluğunun binasını yandırmaları olub.

Hadisə ilə əlaqədar ölkə vətəndaşlarının küçələrə çıxması qadağan edilib. İraq rəsmiləri bu qadağanın nə zaman aradan qaldırılacağı barədə hələlik heç bir məlumat verməyiblər.

Akif Nağı Qobustan həbsxanasındakı ağır vəziyyətlə bağlı prezidentə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Qobustan həbsxanasındakı ağır vəziyyət, həbsxana rəhbərliyinin qanunsuz hərəkətləri, məhbusların həyatlarının təhlükə altında olması ilə bağlı prezident İlham Əliyevə müraciət göndərib. Bu barədə QAT Mətbuat Xidməti məlumat yayıb.