07 September 2018

Məhkəmədə Gəncədə Aşura zamanı hadisələrin kamera çəkilişləri izlənilib

Vəkillər: ''Görüntülər polislərin ilkin olaraq ziyarətçilərə hücum etdiyini göstərir''

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində sentyabrın 6-da hakim Yaşar Həşimovun sədrliyi ilə Gəncədə İmamzadə ziyarətgahında ziyarətçilərlə polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı həbs olunmuş şəxslərin məhkəmə prosesi keçirilib.

Siyasi məhbusların ailələrinin maddi və mənəvi durumu acınacaqlıdır - Hüquq müdafiəçisi

Siyasi məhbus ailələrinin maddi və mənəvi durumu çox acınacaqlıdır. Əsasən də rayonlarda yaşayan ailələr çox ağır durumdadır. Bu barədə Turan agentliyinə müsahibəsində hüquq müdafiəçisi Samirə Ağayeva bildirib.

Siyasi məhbusların həyat yoldaşlarının çoxu işləmir, evdar qadınlardır, körpə uşaqları var.

Xorvatiya “Cənub” qaz dəhlizinin iştirakçısı olmaq istəyir

Xorvatiya Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Bu işdə ikitərəfli hökumətlərarası komissiya böyük rol oynayır. Əczaçılıq və energetika sahəsinə xüsusi önəm verilir. Bu barədə bu gün Zaqrebdə ikitərəfli sənədlər imzalandıqdan sonra Xorvatiya prezidenti Kolinda Qrabar Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə brifinqdə bildirib.