06 September 2018

Gültəkin Hacıbəyliyə qarşı AŞPA təxribatı fiaskoya uğradı

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyliyə qarşı bir müddət əvvəl törədilən təxribat fiaskoya uğrayıb. Belə ki, bu ilin iyununda AŞPA-da Azərbaycan nümayəndə heyətinə sanksiya qərarı çıxarılanda, sanksiya tətbiq olunanlar siyahısına Gültəkin xanımın da adı salınmışdı. O zaman bəlli oldu ki, bu Azərbaycan hakimiyyətinin G.Hacıbəyliyə qarşı təxribatı nəticəsində baş verib.

Qarabağ Komitəsi sentyabrın 29-da mitinq keçirmək niyyətindədir

Qarabağ Komitəsi sentyabrın 29-da "Qarabağa azadlıq!", "Köçkünləri yurdlarına qaytarın!" şüarları ilə Bakıda İnşaatçılar metro stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda mitinq keçirmək haqda qərar qəbul edib. Bu barədə Turan-a Qarabağ Komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı bildirib.