05 September 2018

Ermənistanın cüdo üzrə yığma komandası Bakıda keçiriləcək Dünya Çempionatına gəlməyəcək

Ermənistanın cüdo üzrə yığma komandası sentyabrın 20-27-də Azərbaycanda keçiriləcək Dünya Çempionatında iştirak etməyəcək. Bu barədə Panarmenain saytı Ermənistan İdman və Gənclər Nazirliyinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, "qəbul edən tərəf erməni nümayəndə heyətinin təhlükəsizliyinin təminatına rəsmən zəmanət verməkdən imtina edib".

Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən aclıq aksiyasına başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

London Skripalları zəhərləyən rusların adlarını açıqlayıb

Böyük Britaniya Prokurorluğu Sergey və Yuliya Skripalların Solsberi şəhərində zəhərlənməsində şübəhli bilinən rusların adlarını açıqlayıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Britaniyalı prokurorlar hesab edir ki, Skripalların zəhərlənməsində Aleksandr Petrov və Ruslan Boşirov adlı şəxslər günahkardır.

REAL vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edir

REAL Partiyasının sədri, ötən ay həbsdən azad edilmiş İlqar Məmmədov vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edir. O, FB səhifəsində vaxtından əvvəl parlament seçkilərinin vacibliyini onunla əsaslandırır ki, mövcud parlament xalqın maraqlarını təmsil etmir, 2018-ci ilin aprelində keçirilmiş prezident seçkiləri isə "ən gülünc tamaşa idi. Beynəlxalq müşahidəçilərin rəyləri əvvəlki seçkilərdə olduğundan daha mənfi olub".

Amerikalı diplomat Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı - Rəsmi Bakı ABŞ-a NOTA verdi

Amerika Birləşmiş Ştatlarının Dan Bilzeryan adlı vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, bu səfər əsnasında odlu silahlardan istifadə etməsi və digər qanunazidd əməlləri ilə əlaqədar ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub.