04 September 2018

REAL-ın sədri İlqar Məmmədov azadlığa çıxdıqdan sonra ilk mətbuat konfransını keçirdi - Fotolar - Video

Sentyabrın 4-də REAL-ın sədri İlqar Məmmədov azadlığa çıxdıqdan sonra ilk mətbuat konfransını keçirib. Mətbuat konfransı üç hissədən ibarət olub. İlk hissə İ.Məmmədovun həbsi və məhkəməsinə, növbəti hissə ölkədə baş verən iqtisadi proseslərə, son hissə siyasət və REAL-a həsr edilib. İkinci hissə iqtisadi məsələlərlə bağlı, üçüncü hissə isə siyasətlə bağlı olub.

Azərbaycana 15 məhsulun idxalı qadağan edildi - Siyahı

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.

ATƏT-in baş katibi Yerevana gedir

ATƏT-in baş katibi Tomas Qreminger bu gün Ermənistana səfər edəcək.

Yerli KİV bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində Tomas Qremingerin xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan və parlamentin spikeri Ara Babloyanla görüşü gözlənilir.

Akif Çovdarovun işinə baxılacaq gün açıqlandı – Ali Məhkəmədə

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barələrindəki məhkəmə qərarından verilmiş kasasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Sərhəddə ağır qəza: Azərbaycan hərbçisi həyatını itirdi

Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza hadisəsi baş verib.

Avropa.info-nun bölgə müxbirinin veridiyi məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında deyilir.