03 September 2018

Cəbhəçilərin aylardır dediyini prokurorluq 3 ay sonra təsdiqlədi

Həbsdə olan cəbhəçilərin telefon danışığı və görüş hüququnun məhdudlaşdırıldığı rəsmən təsdiqlənib. Söhbət AXCP-nin Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov rayon şöbəsinin sədri, Qarabağ müharibəsi iştirakçısı Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirlidən gedir. Mayın 25-dən həbsdə olan cəbhəçilərin yaxınları aylardır onların bu hüquqlarının pozulduğunu desələr də, prokurorluq məhdudlaşdırma qərarını avqustda verib.

Bakının bu istiqamətində hərəkət məhdudlaşdırılır – Dəmir yol xətti ləğv edilir

Bu gündən başlayaraq 3 gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verilir ki, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti bu tikililəri sökür - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililər sökülür.

BŞİH-dən verilən məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu dörd ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.

Myanma məhkəməsi rohinca müsəlmanlarına hücumları işıqlandıran “Reuters”in jurnalistlərinə 7 il iş kəsib

Myanma məhkəməsi “Reuters” agentliyinin iki jurnalistini 7 il müddətinə azadlıqdan məhrum edib.

Bu məlumatı “Reuters” yayıb.

Bildirilib ki, onlar dövlət sirrinin yayılması haqqında qanunu pozmaqda təqsirli biliniblər.