01 September 2018

Emin Hüseynov: Mehmana təzyiqlər artırılıb

Qaradağ rayon məhkəməsi avqustun 24-də bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması haqda müraciətini təmin etməyib. Mehman Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından çoxunu çəkib. ABŞ-da səfərdə olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Amerikanın Səsinə müsahibəsində Mehman Hüseynovun işi ilə bağlı son durumdan danışıb.

Əhalinin suya olan borcu artıb

Ötən maliyyə ilində “Azərsu” ASC-nin cəmi satışdan gəlirləri 165 milyon 745 min manat təşkil edib. Bu da 2016-cı illə müqayisədə 5 milyon 908 min manat – 3,7% çoxdur. 

Qurumun maliyyə hesabatına istinadən xəbər verilir ki, “Azərsu” su satışından 110 milyon 621 min manat, kanalizasiya xidmətlərindən 51 milyon 449 min manat gəlir əldə edib.

Hacıbala Abutalıbov istintaqa cəlb oluna bilər

Bakı Şəhər İcra Hakimiyyətinə  başçının müavini təyin olunan Eldar Əzizov fəaliyyətinə paytaxt ərazisində söküntülərlə başlayıb. Belə ki, icra hakimiyyəti Bakının yol kənarlarında, keçidlərdə, səkilərdə qeyri-qanuni tikilmiş və sakinlərin gediş-gəlişinə mane olan obyektlərin siyahısını hazırlayır. Tezliklə həmin obyektlərin söküntüsünə başlanacaq.