10 August 2018

Səfərbərlik haqqında qanunun icrası ilə bağlı fərmanda dəyişiklik edildi

Prezident "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

AXCP üzvü Kürdəxanı təcridxanasını məhkəməyə verib

AXCP Gənclər Komitəsi Məclisinin həbsdə olan sədri Ruslan Nəsirlinin vəkili onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasını məhkəməyə verib. Bu haqda AzadlıqRadiosuna R.Nəsirlinin ailə üzvləri məlumat verərək bildirib ki, iddia ərizəsi avqustun 9-da ərazi üzrə Sabunçu Rayon Məhkəməsinə (təcridxana Kürdəxanı qəsəbəsində yerləşir) təqdim olunub.

Suriya ordusu İdlibə havadan minlərlə məktub atıb

Suriya ordusu İdlib şəhərinə havadan minlərlə kağız ataraq silahlı qrupları hökumətlə razılaşmaya çağırıb. FaktXəbər bildirir ki, silahlı mübarizəni dayandırmağı özündə əks etdirən məktublar Taftanaz qəsəbəsi üzərindən təyyarə ilə atılıb. 

Qeyd edək ki, Taftanaz 2013-cü ildə Suriya ordusunun çıxmasından sonra terrorçuların nəzarətinə keçib.

Azərbaycanın Gürcüstanla sərhədində yoluxucu xəstəliyə qarşı dezinfeksiya aparılır - Foto

Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.