09 August 2018

Reuters: Gəncə hadisələri Azərbaycan rəhbərliyinə xəbərdarlıqdır

Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan Reuters Gəncə hadisələri ilə bağlı geniş və maraqlı məqalə dərc edib. Məqaləni qısa ixtisarla təqdim edirik:

Neft istehsal edən və sərt idarəçilik altında olan Azərbaycanın ikinci şəhəri Gəncədə icra başçısına qarşı baş verən sui-qəsd cəhdi və etiraz hakim elitaya xəbərdarlıqdır.

Bakının yeni baş planında nələr olacaq?

“Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı prezident xüsusi tapşırıq verib”. AzVision.az-a istinadən xəbər verilir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədri bildirib ki, baş planın hazırlanması üçün beynəlxalq məsləhtçi "The Boston Consulting Group" ("Boston Konsaltinq Qrup") şirkəti cəlb edilib:

Bakı Aeroportunun ilk yeddi ayda xidmət göstərdiyi sərnişinlərin sayı açıqlandı

Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk yeddi ayı ərzində 2,5 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 14% çoxdur.  

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 70 min sərnişin, milli loukoster “Buta Airways” aviaşirkətinin payına isə 259 min sərnişin düşüb.

“Amnesty international”: "Avropa Birliyi miqrantlarla rəhmsiz davranır"

Xəbər verildiyi kimi, bu ilin əvvəlindən Aralıq dənizində 1,1 min miqrant həlak olub. “Amnesty international” təşkilatının yaydığı hesabatda İtaliya və Malta miqrantları xilasetmə əməliyyatlarına mane olmaqda ittiham olunub.

Təşkilatın yaydığı məlumata görə, təkcə iyun və iyul aylarında 721 qaçqın ölüb (564-i iyunda, 157-i iyul ayında).

Bundan sonra işdən çıxarılanlara sms bildiriş göndəriləcək

Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilən, yəni işini itirən şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna elektron qaydada sms bildiriş göndəriləcək.

“Çudo Peçka”nın rəhbərinə 12 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ç.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Müharibə Suriya iqtisadiyyatına 400 mlrd. dollarlıq ziyan vurub

BMT mütəxəssisləri hərbi fəaliyyətlər dönəmində Suriyaya dəyən zərərin məbləğini hesablayıblar. Onların hesablamalarına görə, 7 il ərzində ölkə iqtisadiyyatına 400 mlrd dollara yaxın zərər dəyib.

Qurum bu barədə “SƏR-də münaqişədən sonra  bərpa üsulları” ilə bağlı keçirilən 2 günlük görüşün yekunları ilə əlaqədar mətbuata açıqlaması zamanı bəyan edib.

Azərbaycanda ildırım qadının ölümünə səbəb oldu

Ötən gün axşamdan əsən külək və yağışla müşayiət olunan şiddətl ildırım çaxması Neftçalada insan tələfatı ilə nəticələnib.

Virtualaz.org xəbər verir ki, ildırım çaxması nəticəsində ev sahibləri yuxuda olduğu zaman rayonun Şirvanlı qəsəbəsində həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb.

Avstraliyada İŞİD-ə qoşulduğu üçün 5 nəfər vətəndaşlıqdan məhrum edilib

Avstraliya hökuməti ölkə xaricində İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə "iki pasportlu" 5 nəfəri vətəndaşlıqdan məhrum edib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Avstraliyanın miqrasiya işləri üzrə naziri Piter Datton bildirib.