06 August 2018

TANAP-ın ikinci fazasının inşası gələn il tamamlanacaq

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ikinci fazasının (Eskişəhərdən Yunanıstan sərhəddinə qədər, Faza-1) inşası 2019-cu ilin iyun ayında tamamlanacaq.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi- “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Gəncə hadisələri ilə bağlı ittiham olunan daha bir nəfər saxlanılıb

Avqustun 1-də Gəncə sakini İsmayıl İsmayılov (1994-cü ildə anadan olub) bu il iyulun əvvəlində Gəncədə baş vermiş iğtişaşların fəal iştirakçısı kimi saxlanılıb. O, "Şıxlı" buraxılış məntəqəsindən Gürcüstan tərəfə keçərkən saxlanılıb. Bu barədə bazar ertəsi Dövlət Sərhəd Xidməti məlumat yayıb.