02 August 2018

Elmar Vəliyevə hücumun arxasındakı mümkün sərvət davası

Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin həyatına iyulun 3-də silahlı qəsd edilməsinin motivləri ən müxtəlif tərəflərdən şərh edilib. Diqqətdən qaçan və bəlkə də hüquq-mühafizə orqanlarının, icra başçısının yaxın qohumlarının və digər şəxslərin hadisəni törətməkdə ittiham olunan Yunis Səfərovun silaha əl atmasının bir mümkün səbəbi də nəzərdən keçirilməyə layiqdir.

ƏMDK Bakı-Novorassiyski neft kəmərinin mühafizə zolağında çoxlu sayda fərdi yaşayış evləri aşkarlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi son 10 gün ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edib, deyə qurumun məlumatında bildirilir. Mühafizə zolaqlarının qeyri-qanuni istifadəsi ilə bağlı 20 fakt üzrə materiallar daxili işlər orqanlarına göndərilib.

Ermənistan Rusiyaya sərt üz göstərir

Ermənistanın Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verib. XİN-nin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın sözlərinə görə, Yerevan Ermənistanda baş verənlərə beynəlxalq reaksiyanı diqqətlə izləyir və hüquqi dövlətin formalaşdırılmasını qarşısına məqsəd qoyur. Həmçinin korrupsiya ilə mübarizə hökumətin prioritet vəzifəsidir. Bu proses Ermənistanın xarici siyasəti ilə bağlı deyil və bu məsələ ilə bağlı şərhlər yolverilməzdir.