01 August 2018

Bakıda ağacın dibinə yandırıcı maddə tökən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Prezident öz köməkçisinə ''Əməkdar dövlət qulluqçusu'' adını verdi

Prezident İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova fəxri ad verib. O, iyulun 31-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Əli Həsənova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib. Bildirilib ki, bu, onun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görədir.

İrəvanda Azərbaycanın işğal olunmuş rayonlarının qaytarılmasına çağırış edilib

Erməni Milli Konqresinin (Levon Ter Petrosyanın Partiyası - red) üzvü Zoya Tadevosyan jurnalistlərlə görüşü zamanı bəyanatla çıxış edərək bildirib ki, münaqişənin həlli üçün tələb olunarsa, işğal olunmuş Dağlıq Qarabağın ətrafındakı 7 rayon qaytarılmalıdır.

XİN: ATƏT Ermənistandan üzərinə götürdüyü öhdəliklərə əməl etməsini tələb etsin

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Helsinki Yekun Aktının qəbul edilməsinin 43-cü ildönümü ilə əlaqədar açıqlama yayıb.

Moderator.az-ın məlumatına görə, H. Hacıyev bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində 1 avqust 1975-ci ildə Helsinki Yekun Aktı qəbul edilib.

Şəhərətrafı avtobuslarda gedişhaqqı nə qədər olacaq?

Tarif Şurası ölkədə nəqliyyatın qiymətinə dəyişiklik edəndən sonra bəzi suallar hələ də açıq qalıb. Belə ki, qərara görə metro və şəhərdaxili avtobuslarda qiymət 30 qəpik müəyyən olunub. Şəhərətrafı marşrut xətləri üzrə qiymətlər isə məsafəyə görə (hər kilometrə görə 2,4 qəpik) hesabalanacaq. Lakin hansı qəsəbəyə qiymətin nə qədər olacağı hələ də açıqlanmayıb.