11 July 2018

Hüquq müdafiəçiləri siyasi məhbuslara təzyiqdən və qanunsuz həbslərdən narahatlıqlarını bildiriblər

"Son zamanlar baş verən qanunsuz həbslər və repressiyalar bizi narahat edir. Rəsmi qurumların bütün hərəkətləri qanun daxilində olmalıdır". Bu barədə iyulun 11-də Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin Müsavat Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında qurumun rəhbəri Oqtay Gülalıyev bildirib.

İrəvan işıqsız qalıb

Ermənistan paytaxtının mərkəzi küçələri işıqsız qalıb.

“Sputnik” agentliyinə istinadən verilən xəbərə görə, bu gün yarımstansiyada baş verən qəza səbəbi ilə İrəvanın Əmiryan küçəsi və digər mərkəzi küçələrə elektrik enerjisinin nəqli dayanıb.

Hacı Şahin Həsənli Gəncə dindarlarına müraciət etdi: “Təxribata uymayın...”

“Ötən gün Gəncədə baş vermiş iğtişaşlar həm Azərbaycan qanunvericiliyinin, həm də dini dəyərlərin kobud şəkildə tapdalanmasıdır. Polisə, hüquq-mühafizə orqanları əməkdaşlarına silah qaldırmaq böyük cinayətdir. Din adı ilə edildikdə isə böyük günahdır və faciədir”.

Dilqəmlə Şahbazın girov götürülməsindən 4 il keçdi

11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan digər soydaşımız Həsən Həsənov qətlə yetirilib.