10 July 2018

Əli Mütəhhəri: "Neft ixracatına imkan verilməsə, İran Hörmüz boğazını bağlayacaq"

"Ölkəmizin neft ixracatına imkan verilməsə, İran Hörmüz boğazını bağlayacaq". APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin spikerinin müavini Əli Mütəhhəri qanunverici orqanın saytına müsahibəsində deyib.

Ə.Mütəhhəri deyib ki, ABŞ İranın neft ixracatına mane olacağı təqdirdə ölkəsi Hörmüz boğazını bağlayacaq.

Prokuror Arif Alışanovu öldürmək istəyənlərə iş istədi: 57 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Azərsu” Mingəçevir qəzasının fəsadlarını tam aradan qaldırdı

Mingəçevirdə baş verən 3 iyul tarixli enerji qəzasından sonra içməli su təminatında yaranan fasilə tamamilə aradan qaldırılıb.

Bu barədə Modern.az-a məlumat verən “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, artıq su verilişində rejim tam bərpa edilib: