09 July 2018

Ərdoğan and içib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.

"Report" xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

R.T.Ərdoğan andiçməyə həyat yoldaşı Əminə Ərdoğan və digər ailə üzvləri ilə birlikdə gəlib. 

Təxribat xarakterli çağırışlarla bağlı cinayət işi başlandı - İş DTX-ya göndərildi

“İyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb”.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri polisə aparılıb

Müsavat Partiyasının mətbuat xidmətinin və bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli iyulun 9-da günorta saatlarında 4 nəfər polis əməkdaşı tərəfindən Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı Turan-a bildirib ki, polis əməkdaşları əvvəlcə M. Hacıbəylinin evinə gediblər.

Hansı deputatların tapançası var?

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:

"Bu məmurlar özlərini yığışdırmasalar, belə hadisələr daha çox olacaq" - Video

Son bir neçə gündə Azərbaycanda baş verən hadisələr: Mingəçevirdə baş verən hadisə, ölkəboyu işığın kəsilməsi və bunun nəticəsində yaranan fəsadlar, Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin vurulması ictimaiyyətin, eləcə də sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusudur.

ANAMA partlayıcı maddə axtaran itlərin yetişdirilməsinə başlayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) daha bir yeniliyə imza atıb.

“AzeriDefence”nin məlumatına görə, ANAMA yerli imkanlar hesabına minaaxtaran itlərin hazırlanması ilə yanaşı partlayıcı madddələrin axtarışını həyata keçirən itləri də hazırlamağa başlayıb.

Altı ay ərzində cəbhədə ermənilərə məxsus 4 PUA zərərsizləşdirilib

Cari ilin birinci yarısında cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 4 pilotsuz uçuş aparatı Azərbaycan Ordusu tərəfindən məhv edilib.

“AzeriDefence”nin məlumatına görə, bunlardan ikisi X-55 (“Ptero-5E”) tipli taktik pilotsuz uçuş aparatı (PUA), digər ikisi isə multikopter sinfinə aid PUA olub.

Fələstinlə İsrail arasındakı yüzilliyin razılaşması rədd edildi

Fələstin lideri Mahmud Abbas ölkəsi ilə İsrail arasındakı “yüzilliyin razılaşması” adlandırılan yol xəritəsini rədd etdiyini açıqlayıb.

Sozcu.com.tr-yə istinadən bildirilir ki, Mahmud Abbas bu barədə fikirlərini Ramallahdakı Mərkəzi Komitənin toplantısında bəyan edib. Fələstin lideri bütün ərəb dünyasının bu sülh planına qarşı olduğunu söyləyib: