Activities calendar

06 July 2018

Alışanovla bağlı məhkəmə prosesində hakim təqsirləndiriləni zaldan çıxardı

Vəkil: “Biz həm ittiham tərəfi, həm də məhkəmə ilə çəkişirik”

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yunis Səfərov: "Polislər tərəfindən heç bir təzyiqə məruz qalmamışam" - Video

Xəbər verdiyimiz kimi, iyulun 3-ü Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazov silahlı hücuma məruz qalıb.

İcra başçısını güllələyən Yunis Səfərov "Xəzər Xəbər"ə açıqlama verib. O, açıqlamasında polislərin təzyiqinə məruz qalmadığını bildirib:

Hücuma məruz qalan azərbaycanlı icra başçıları - Siyahı

Xəbər verdiyimiz kimi, iyulun 3-ü saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova silahlı hücum olub. Onlar hücum nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Son məlumata görə, Elmar Vəliyev dünən gecə saatlarında İsrailə aparılıb.

Vəkillik sahəsində islahatlar: 6 yeni qurum yaradıldı

Azərbaycanın regionlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın həyata keçirilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil qurumlarının təsis edilməsi istiqamətində bir sıra tədbirlər

Elmar Vəliyev İsrailə aparıldı

Gəncə şəhər icra hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyev dünən gecə saatlarında İsrailə aparılıb. Bu barədə Gununsesi.info-ya icra başçısına yaxın mənbələrdən informasiya verilib. Məlumatda qeyd olunur ki, əməliyyatdan sonrakı prosedurların İsraildə həyata keçrilməsi məsləhət olunub.

Yardımlıda meşə yanğını davam edir - "Hava şəraiti çətinlik yaradır"

İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi işləri bu gün də davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verilir ki, yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb.