05 July 2018

"Nardaran məhbusu" cərimə kamerasına salınıb

"Nardaran məhbusu" Cahad Babakişizadə cərimə kamerasına salınıb.

Bu barədə Rakurs TV-ə onun ailə üzvləri məlumat verib. Məlumata görə, Cahad Babakişizadə saxlanıldığı 12 saylı Cəza Çəkmə Müəssisəsində məhbuslara olan təzyiqlərə etiraz etdiyinə görə işgəncələrə məruz qalıb. "Nardaran məhbusu"na bundan sonra 12 sutka "kars" cəzası verilib. Ailəsinin sözlərinə görə, Cahad Babakişizadə artıq 3 gündür ki, verilən qərara etiraz olaraq, aclıq aksiyası keçirir. 

İranda professor güllələnib

İranda professor naməlum şəxs tərəfindən güllələnib.

“İRNA” agentliyinə istinadən xəbər verilir ki, yerli universitetlərdən birində dərs deyən professor Möləvi Abduşakur Kord Tərşabi Sistan-Bəlucistan əyalətində məscidin qarşısında qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ bilinmir. Polis qatili axtarır.

“Xəstəxanalarda generatorlar işləməyib, nazirin söylədikləri düz deyil”

Prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirlərin məruzələrinə fikir bildirib və onlara müvafiq tapşırıqlar verib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı strateji obyektlərdə - ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə baxılması barədə göstəriş verib:

Bu gündən Azərbaycanda tələbələrin köçürülməsi başlayıb

Bu gündən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başlayıb.