03 July 2018

Enerji təsərrüfatına 5 milyard yatırılan ölkə niyə işıqsız qaldı?

İyulun 2-dən 3-nə keçən gecə Azərbaycanın bütün ərazisində işıqlar sönüb. Bəlli olub ki, Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib.

Şəhər sakinləri məlumat yayıb ki, stansiya ərazisində güclü partlayış eşidilib və yanğın baş verib. Stansiyanın 1 və 6-cı bloklarının sıradan çıxdığı bildirilir.

Azərbaycan İsveçrəyə fındıq ixracını artırmağı planlaşdırır

İqtisadiyyat Nazirliyinin ötən həftə təşkil etdiyi fındıq istehsalçıları və ixracatçıların İsveçrəyə səfəri başa çatıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sahibkarlar ixracın təşkili ilə bağlı ilkin razılığa gəliblər.

İxrac missiyasına 12 Azərbaycan şirkəti daxil idi.

Məscidi-Aksa satın alınır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanın İsrailin nəzarətində olan Qüdsdə Məscidi-Aksanın ətrafındakı mülkləri almaq üçün səy göstərdiyi məlum olub.

“Arap21” xəbər verir ki, məscidin yanındakı binanın alınması və Qüdsdə Səudiyyə-BƏƏ birgə mərkəzi açılması gözlənilir.

"Teleqüllə"də son durum

“Bayıl və “Teleqüllə” sürüşmə sahələrində, habelə “Buxta küçəsi”ndə tərəfimizdən monitorinq işləri davam etdirilib. Sahələrdə quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov deyib.