02 July 2018

Vergilər Nazirliyində yeni struktur yaradılıb

İyulun 1-dən Vergilər Nazirliyində yeni struktur fəaliyyət göstərir. Struktur dəyişikliklərinin məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir, deyə qurumun Media və Kommunikasiya Mərkəzinin məlumatında bildirilir.

İsti havada işçi işlədənlər 2 min manat cərimə olunacaq – Nazirlik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən işəgötürənlərin zəruri tədbirlər görməsini tapşırıb.

Serj Sarqsyanın səfir qardaşı və onun övladları 6,8 milyon dollarlıq maliyyə fırıldağında ittiham olunurlar

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, ölkənin xüsusi məsələlər üzrə səfiri Lev Sarqsyan və övladları qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə şübhəli bilinirlər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan pulun məbləği açıqlandı

İyulun 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna cari il iyulun 2-dək 92.125.615,88 AZN, 213.577,88 ABŞ dolları, 11636,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Aclıq edən məhbus görmə qabiliyyətini itirib

Penitensiar Xidmətin Müalicə müəssisəsində rus millətindən olanYan Raznobarski iki aydır aclıq keçirir. Prokuorluq və məhkəmə orqalarının ona qarşı ədalətsiz qərarları Raznobarskini bu addımı atmağa məcbur edib. Azadliq.info-ya müraciət edən həyat yoldaşı Sofiya Xaliman onun sağlıq durumundan narahatlığını bildirib. Vəziyyətinin kritik həddə çatdığını deyib.