13 June 2018

AXCP üzvünün məhkəmə iclası gizli keçirildi - Video

İyunun 13-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətini təmin etməyib. Məhkəmə iclası saat 14.15-ə təyin edilsə də saat 11-də vəkilin, ailə üzvlərinin iştirakı olmadan keçirilib. Belə ki, Asif Yusiflinin vəkili Bəhruz Bayramov, ailə üzvləri, məhkmənin qarşısına gəlib və hakimə zəng ediblər.

Arif Alışanova sui-qəsdlə bağlı məhkəmədə şahid ondan ov tüfəngi istəyənin adını açıqladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova qarşı sui-qəsdə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Rəsul Cəfərov: AŞPA siyasi məhbuslar üzrə məruzəçi təyin etməklə Azərbaycana siqnal verir

İyunun 25-də AŞPA Azərbaycanda siyasi məhbus problemi üzrə məruzəçi təyin edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.

Azərbaycan hərbi parada hazırlaşır - Təyyarə və helikopterlər havaya qalxdı

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir. 

Makedoniyanın adı dəyişdirilir

Yunanıstanın baş naziri Aleksis Sipras makedoniyalı həmkarı Zoran Zayevlə Makedoniya Respublikasının konstitusiyada nəzərdə tutulan adının dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlib. “RİA Novosti”yə istinadən xəbər verilir ki, razılaşma rəsmi Skopyenin Avropa İttifaqına və NATO-nun üzvlüyünə qəbul olunmasına təkan verə bilər.