12 June 2018

İradə Cavadova Vəkillər Kollegiyasının iradlarını qəbul etmir

Vəkil İradə Cavadova hesab edir ki, onun vəkillik səlahiyyətlərinin dayandırılması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı sözügedən qurumun intizam komissiyasının qərəzli rəyinə əsaslanıb.

O, cəzalandırılmasının əsassız olmasına dair sübutları məhkəməyə təqdim etmək niyyətindədir. 

Əzizim İradə xanıma!

Yalçın İmanov

Sizin Kollegiyadan çıxarılmağınızla bağlı məlumatdan gec xəbər tutdum və dərhal da gözlərimin qarşısında ötən ilin 20 noyabrında mənim vəkillik fəaliyyətimə xitam verilməsi ilə bağlı elə həmin Kollegiyanın sovetlərin 37-ci illərini xatırladan iclası canlandı.

Baş redaktor ailə üzvləri ilə birlikdə polisdə saxlanılır

"Tolışon sado" ("Talışın səsi") qəzetinin baş redaktoru Rafiq Cəlilov saxlanılaraq Lənkəran rayon polis bölməsinə aparılıb. Sosial şəbəkələrdə yayılan bu məlumatı R.Cəlilov telefonla Turan agentliyinə təsdiqləyib.

R.Cəlilov deyib ki, maşında gedərkən polis avtomobili yolda maşının qarşısını kəsib və ondan maşından düşərək polisə getməsini tələb edib.

Pambıq tarlasında baş vermiş zəhərlənmənin ilkin səbəbi açıqlandı

"Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərinin və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Saatlıda pambıq tarlasında, kimyəvi maddələrin saxlandığı anbarlardan və xəstələrdən götürülmüş nümunələrin üzərində ekspertizalar həyata keçirilir".

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.