08 June 2018

Həbsdə olan hüquqşünas Emin Aslan haqqında yazılanları təkzib edib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov həbsdə olan hüquqşünas Emin Aslanla görüşüb. Komitədən verilən məlumata görə, ictimai komitənin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov, ekspertlər Qartal Hüseynov və Anar Cavadov bu gün Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində monitorinq keçirib.

İsrailin Bakıdakı səfirliyi qarşısında aksiya keçirildi; 26 nəfər saxlanıldı - Foto - Video

Eastnews.org-un verdiyi xəbərə görə, bir qrup inanclı şəxs Beynəlxalq Qüds Günü ilə əlaqədar Bakıdakı İsrail səfirliyi qarşısında aksiya keçirib.   Məlumata əsasən, aksiyada iştirak edən inanclılar ABŞ və İsrailin Qüdslə bağlı işğalçı siyasətinə etiraz ediblər.  

AMEA prezidenti vəzifəsinə Akif Əlizadənin namizədliyi irəli sürülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə Akif Əlizadənin namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında akademiyanın hazırki prezidenti Akif Əlizadənin adının gizli səsververmə bülleteninə daxil edilməsi barədə qərar qəbul edilib.

Azərbaycanda deputat həbs oluna bilər: Baş Prokurorluq araşdırma aparır

"İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri ilkin dövr üçün araşdırma aparılmalıdır. Həmin araşdırmanın nəticəsində isə təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Faktla bağlı hələ ki, kimin günahkar olduğunu demək olmaz. Bu, aparılmış istintaqın nəticəsindən asılı olacaq”.

İsrail səfirliyi önündə aksiya keçirmək istəyən fəallar saxlanıldı - Foto - Yenilәnib

17:45. Mәlumata görә, polis tәrәfindәn saxlanılan Müsәlman Birliyi Hәrәkatının üzvü Bәxtiyar Bağırova 10 sutka inzibati hәbs cәzası verilib. O, İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci (Polisә tabesizlik) maddәsini pozmaqda tәqsirli bilinib. Adıçәkilәn şәxsin hazırda Binәqәdidә yerlәşәn İnzibati hәbs olunanların saxlanma yerinә göndәrildiyi bildirilir.
***

Bir qrup şəxs Bakıda yerləşən İsrail səfirliyinin önündə aksiya keçirməyə cəhd edib. 

Əli Kərimlidən “işgəncə vintlərinə” xəbərdarlıq: “Mütləq ədalətli cəzanızı alacaqsınız!”

İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda daxili işlər naziri Ramil Usubovla görüşüb. AXCP sədri bu görüş faktı və görüşdə müzakirə olunan məsələlər haqda rəsmi məlumata sökənərək, hüquq mühafizə orqanlarında siyasi məhbuslara və ümumiyyətlə saxlanılanlara qarşı işgəncə verənlərə xəbərdaredici açıqlama yayıb. Ə.Kərimli feysbuk səhifəsində yazıb: