06 June 2018

Deputat Fazil Mustafanın şəkilləri zibil qablarına vuruldu

İki gün öncə deputat Fazil Mustafanın sosial şəbəkə profilində ilahiyyatçı Hacı Şahin Həsənlinin də yer aldığı videonu paylaşaraq sərt sözlər yazması xeyli inanclını qəzəbləndirib. Bu səbəbdən ölkə dindarları Milli Məclis üzvünü baykot edib, hətta onun karikaturası hazırlanıb. Belə ki, deputat həmçinin dindarlar barədə “mələşirlər” kimi ağır sözlər işlədib.

Ordumuz 3 postu, bir neçə kəndi azad etdi

Bir müddət öncə Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində işğalçı ermənilərə ağır zərbə vurduğu və bir neçə strateji yüksəklikləri azad etməsi haqqında məlumatlar yayıldı. Bu xəbər rəsmi təsdiqini tapmasa da, sosial şəbəkələrdə azad edilmiş hündürlüklərin fotosunun yayılması ehtimalları artırdı. Xüsusilə bu fotoların Ermənistan mediası tərəfindən yayılması diqqət çəkdi.

“Məni təhqir edib” - İlahiyyatçı deputatı məhkəməyə verir

Fazil Mustafanın dediklərinə cavab verdim. Həm də onu tənqid edərək. Adamın şəxsiyyətini təhqir etmədən verdiyim cavaba bu qədər aqressiv yanaşmanı əslində anlayıram. Dünən demişdim ki, onun dediklərini bir deputata yaraşdırmıram. İndi deyirəm, adama hər şeyi yaraşdırıram. Çünki bu adam uşaqlıq kompleksinin onun düşüncələrində açdığı yaraların acılarından qurtula bilmir.