05 June 2018

PKK Mənbici tərk edir

Türkiyə və ABŞ arasında Mənbic ilə bağlı əldə edilən razılaşmaya görə PKK terrorçuları sabahdan etibarən şəhəri tərk edəcəklər.

“Haber Türk”ə istinadən xəbər verilir ki, sabah səhər saat 6 radələrində PKK terror qruplaşmasının yüksək vəzifəli şəxsləri şəhərdən çıxacaqlar.

Azərbaycan bayrağının asılması qaydasında anlaşılmazlıq

Dövlət bayrağının binaların divarlarına dirəksiz şaquli vəziyyətdə asılması və ya xüsusi tutqaclara üzü aşağı bərkidilməsi qaydası anlaşılmazlığa və mübahisələrə yol açıb. Belə ki, bəzi yerlərdə dövlət bayrağı dirəksiz şaquli vəziyyətdə asılarkən və ya xüsusi tutqaclara üzü aşağı bərkidilərkən bayrağın mavi zolağı solda, bəzi hallarda isə sağda qalır.

İşdən çıxarılan Səlim Müslümov danışdı: "Şərəfimlə, namusumla..."

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra barəsində yazılanlara münasibət bildirib. O, unikal.org-a açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılanlar həqiqətə uyğun deyil: "Mən, hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab Prezidentin canını sağ eləsin. Neçə illər mənə ehtimad göstərdi.