04 June 2018

"Azər Qasımlı içəridəki rejimi bir kəlmə ilə ifadə etdi: gestapo rejimidir" - Video

İyunun 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə REAL-ın üzvü Nəriman İsmayılovun, hakim Qədim Babayevin sədrliyi ilə REAL-ın Məclis üzvü Azər Qasımlının apellyasiya şikayətinə baxılıb. Təqsirləndirilənlərin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov heç bir vəsatətin qəbul olunmadığını deyərək, apellyasiya şikayətinin təmin edilmədiyini bildirdi.

Türkiyə-Azərbaycan birgə təlimləri başa çatdı - Foto

Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirilir ki, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

"Lotu Quli" Bakıya gəlib

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Salifov Bakıya gəlib. Bu barədə "haqqin.az" Bakı hava limanındakı mənbəsinə istinadən məlumat yayıb.
 
"Lotu Quli"nin Bakıya qayıtmaq səbəbi məlum deyil. O, əvvəllər Türkiyə, BƏƏ və Albaniya ərazisində yaşayıb.
 

Nazirlər Kabinetinin strukturu dəyişdirildi

Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib. NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.

Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Hələ ki, həmin şöbənin müdiri vəzifəsinə təyinat olmayıb.

ABŞ və Fransa hərbçilərinin olduğu hərbi bazada güclü partlayış

Suriyanın şimalında yerləşən Ayn İsa məntəqəsində hərbi bazada güclü partlayış olub. Sözügedən hərbi bazada ABŞ və Fransa hərbçiləri xidmət edir. 

Rakurs TV “Ahaber”ə istinadən xəbər verir ki, ölkənin bu bölgəsi terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altındadır.

Rakka əlyalətinin Ayn İsa rayonundakı hərbi bazada ABŞ-ın 200, Fransanın isə 75 xüsusi təyinatlı hərbçisi mövcuddur.

Azərbaycanda bu yaşayış məntəqələrinin adları dəyişdirilir - Siyahı

Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirlir.

Modern.az-ın əldə etdiyi məlumata görə, Göyçay, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu və Astara rayonlarının bəzi kəndlərinin və qəsəbələrinin adları dəyişdirilir.

Bunlar aşağıdakılardır:

Ağsu rayonu üzrə:

Saleh Rüstəmov: "Ona işgəncə verirdilər, səsini eşidirdim"

Sosial şəbəkələrdə keçmiş icra başçısı Saleh Rüstəmovun ictimaiyyətə ünvanladığı məktublar yayımlanıb. Hazırda həbsdə olan keçmiş dövlət məmuru məktubunda işgəncələrə işgəncələrə məruz qaldığını bildirir.

S.Rüstəmov yazır ki, onu qardaşının və qardaşı arvadının həbsi ilə hədələyiblər: